Dostu ilə dalaşıb, özünü qatarın altına atdı – Bakı metrosunda dəhşət
“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.
Minval.İnfo xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. 1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edib və özünün relslərin üstünə ataraq qatarın gəlməsini gözləyib.
O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılıb. Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

