Dövlət isə 5 uşağa 150 manat ödəyəcək – Bu məbləğ kifayətdirmi?

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət verilə bilər

Minval.info xəbər verir ki, 5 uşaqlı bir ailənin övladına 1 yaşdan etibarən 18 yaşına çatana qədər hər ay 30 AZN ödəniləcək. Bəs bu 30 manat bir uşağın aylıq xərclərinin neçə faizini ödəyə bilər? Ailələr 1 yaşından etibarən övladlarına minimum nə qədər xərc çəkirlər?

Öncəliklə bir körpə üçün ən vacib qida və bezlərin aylıq qiymətini qeyd edək:

–       Müxtəlif bez şirkətlərin 60-70 ədədlik bağlamalarının qiyməti 17-23 manat arasında dəyişir. Bir uşağın ayda minimum 3 ədəd bu bağlamalardan istifadə etdiyini nəzərə alsaq, bir ailənin aylıq 60 manatı yalnız uşaq bezlərinə xərclənir.

–       Ən ucuz smesin 400 qramlıq bağlamaları 16 manata təklif olunur. Eyni məhsulun mədə-bağırsaq sistemi həssas olan körpələr üçün olan növü isə 23 manatadır. 400 qramlıq süni qarışıqlar ana südündən istifadə etməyən uşağın 3 günlük qidalanması üçün yetərlidir. Bir ailənin ay ərzində 10 ədəd süni qida paketi aldığını nəzərə alsaq, bu, ayda 160-200 manat edir.

–       Üstəlik, uşaq paltarlarının materialına daha çox diqqət edildiyindən demək olar ki, yetişkin paltarlarından daha baha təklif edilir.

İlk bir neçə ildə xərclər geyim və qida ilə məhdudlaşa bilər. Ancaq daha sonra bağçada təhsil üçün rəsmi və ya qeyri-rəsmi haqq ödənilir. Həmçinin, uşağın hər tərəfli bir fərdə çevrilməsi üçün əlavə dəstəyə də ehtiyac duyulur, məsələn, rəsm və ya musiqi dərsləri, hər hansı bir idman sahəsində məşqlər, və günümüzün tələbi olan xarici dil tədrisi

–       Rəsm dərsləri və ya xarici dil kursu minimum 60 manata təklif edilir.

Uşaq 6 yaşında məktəbə başladıqda xərclər 2 qat çoxalır. Məktəbli forması ibtidai sinif şagirdləri üçün 40 AZN-dir. Gündəlik yol və məktəbdə qidalanma xərcləri, valideynlərin ən çox şikayət etdiyi məsələ iş dəftərləri və digər gündəlik dəftər-qələm xərcləri də əlavə edildikdə, ailələr bir övlad 300-350 manat xərc çəkir. Abituriyentlik dönəmində ən az 400 manat repetitorlar üçün ayrılır, test bankları, dərsliklər də nəzərə alındıqda bu rəqəm 500 manata çatır. Universitetə qəbul olduqdan sonra təhsil haqqı və gündəlik ödənişlər daha da artsa da, övlad 18 yaşına çatdığı üçün sosial müavinətin verilməsi dayandırılır.

5 uşaqlı ailələr üçün bütün xərclər 5 misli artır. Deməli, ümumilikdə 5 uşaq üçün ödənilən 150 manat, ən yaxşı halda sadəcə bir uşağın aylıq qidasını ödəməyə bəs edə bilər.

Dəniz Kərimzadə

Minval.İnfo

Maliyyə

Nəşr edilib: 2018/02/05 16:53

Baxış: 423


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06