Dövlət karantini necə yumşaldacaq – nazir Mikayıl Cabbarovun brifinqi – CANLI YAYIN
İqtisadiyyat naziri Mikayıl Cabbarov brifinq keçirir.
Musavat.com-un tədbirdə iştirak edən müxbiri xəbər verir ki, brifinqdə iqtisadiyyat nazirinin müavinləri Sahib Ələkbərov, Sahib Məmmədov və vergilər nazirinin müavini İlkin Vəliyev iştirak edir.
Məlumat verildiyi kimi, aprelin 27-dən karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib. Brifinqin əsas mövzusu karantin rejimi müddətində bundan sonra sahibkarlar üçün ediləcək güzəştlərlə bağlı olub.
Əvvəlcə ölkədə koronavirusla mübarizə istiqamətində görülən müsbət işlərdən danışan nazir qeyd edib ki, ölkə başçısının göstərişi ilə görülən qabaqlayıcı tədbirlər pandemiyanın geniş yayılmasının qarşısını alıb.
Mikayıl Cabbarov qeyd edib ki, ciddi karantin rejiminin yumşaldılması istiqamətində işlər görülsə də koronavirusdan müdafiə üçün nəzərə tutulan tədbirlərə eyni qaydada əməl edilməlidir.
KARANTİN REJİMİNDƏ MƏRHƏLƏLİ YUMŞALMA
BİRBAŞA 🔴KARANTİN REJİMİNDƏ MƏRHƏLƏLİ YUMŞALMABİR SIRA XİDMƏT VƏ TİCARƏT SAHƏLƏRİNİN FƏALİYYƏTİ BƏRPA OLUNUR
Publiée par REAL TV sur Samedi 25 avril 2020

