Dövlət qurumunun binası işıqsız qaldı
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin “Report”a verdiyi məlumata görə, buna səbəb AMEA-nın daxili elektrik sistemində yaranmış problem olub.
“Əməkdaşlarımız hadisə yerində olub və problemi aradan qaldırmağa kömək ediblər. Artıq elektrik enerjisinin verilişi bərpa olunub”, – o deyib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

