Dövlət Xidmətinin müfəttişi barəsində cinayət işi başlanıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin müfəttişi vəzifəsində işləyən Vazeh Musayev istintaqa cəlb edilib.
ONA-nın xəbərinə görə, onun barəsində cinayət işi başlanıb. V. Musayev dələduzluqda və rüşvət verməkdə təqsirli bilinərək istintaqa cəlb edilib.
Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

