Döyülərək öldürülən gənc fenomenin yeni görüntüləri ortaya çıxdı – FOTOLAR
Türkiyədə gənc fenomen döyülərək, öldürülüb.
Musavat.com xəbər verir ki, hadisə bir neçə ay öncə Türkiyənin Antalya şəhərində baş verib.
Belə ki, Ares adlı 18 yaşlı gənc fenomen ata və oğul tərəfindən döyülərək, öldürülüb. Ares ləqəbi ilə tanınan Şehmuz Özdemir adlı gəncin 14 yaşlı qıza təcavüz etməsi iddia olunur.
18 yaşlı gəncin öldürülmədən öncəki fotoları ortaya çıxıb. O, sözügedən ata və oğul ilə birlikdə ilk öncə bir kafedə oturaraq söhbət edib. Hadisənin isə onların kafedən ayrılmasından sonra baş verdiyi təxmin edilir.
Qeyd edək ki, hadisə bu ilin fevral ayının 4-də baş vermişdi. Bu görüntülər də yeni araşdırmalar zamanı ortaya çıxıb.
Onu öldürən şəxslər gənci reklam anlaşması adı ilə kafeyə çağırıblar. Daha sonra gənc oğlanı meşəyə apararaq orada ölümcül döyüblər. Hadisənin ardından xəstəxanaya aparılan gənc 15 gün nəzarət altında saxlanılıb. Lakin o, fevralın 19-da həyatını itirib.
Gənc oğlanı öldürən ata qızına 2 il əvvəl təcavüz etdiyini və onun fotolarını çəkdiyini deyib. Qətli də buna görə törətdiyini bildirib.
Hazırda gənc oğlanı öldürən ata və oğulun istintaqı davam edir.
Musavat.com

