DSX: İran gəmisində 9 nəfər xilas edilib
Bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətindən minval.info-ya bildirilib ki, Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke¬çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

