DSX məlumat yayıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən “Minval.info”a bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar­yadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər­mişlər.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay­can Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsiz­ləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.

Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd “Marl­boro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edil­miş­­­dir.

Hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunmuşlar.

Hərbi xəbər

Nəşr edilib: 2021/12/07 17:30

Baxış: 40


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06