DSX: Xəzərdə balıqçı gəmisi batıb, 4 nəfər xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dan “Report”a verilən məlumata görə, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edil­məsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxın­lıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.

Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata ke­çirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan su­yun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xi­las edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.

Hadisə

Nəşr edilib: 2020/01/28 15:45

Baxış: 58


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06