Dünya Çempionatı rusların artmasına səbəb olacaq

Rusiyada demokrafik vəziyyətə nəzarət edən mütəxəssislər futbol üzrə Dünya çempionatı azalmaqda olan doğuş sayına təsir edəcəyini düşünür.

Daha əvvəl aparılan araşdırmalara görə, böyük idman yarışlarının yaratdığı müsbət aura yeni doğulan körpələrin sayında artımı da özü ilə gətirir.

Minval.info xəbər verir ki, ikinci dünya müharibəsindən bu yana ilk dəfədir ki, Rusiyada ölüm halları yeni doğulan körpələrin sayından çoxdur.

İqtisadi faktorlar, həyat şərtlərinin pisləşməsi, ekoloji balansın pozulması ölüm hallarının çoxalmasında əsas faktorlardandır.

Ekspertlər belə davam edərsə 2050-ci ildə Rusiyada əhalinin sayının 111 milyona enəcəyini güman edir. Məsələnin həlli üçün ailələrini daha çox uşaq dünyaya gətirməyə stimullaşdıran layihələr həyata keçirilib. Bəs dünya çempionatı əhalinin sayının artmasına kömək edə bilər?

Daha öncəki illərin təcrübəsinə baxsaq, 1966-ci ildə İngiltərədə dünya çempionatı keçirildikdən sonra doğuş statistikası artıb.

Almaniyada 2006-cı çempionat keçirildikdən sonra 15 faizlik artım nəzərə çarpıb.

Almaniyalı ginekoloq Rolf Klişenin o dövrdə verdiyi açıqlamada, “Bir çox insandan matçlarda yaşanılan həyəcan davam edir və bu həyəcanı başqa formada da yaşayırlar” deyib.

2014-cü ildə Dünya çempionatının ev sahibi Braziliya Almaniyaya 7-1 uduzduqdan sonra doğuş sayında gözlənilməz artım yaşanıb: 7 faiz.

Qeyd edilir ki, bu təsir təkcə dünya kubokuna deyil, bir çox idman yarışında özünü göstərə bilir. İngiltərənin tibb jurnalında çap edilən bir məqalədə göstərilir ki, 2009-cu ildə o dövrdə “Barcelona”-nın ulduzu olan Andres İniestanın son dəqiqədə “Çelsi”-yə atdığı qoldan 9 ay sonra doğuş sayında bum yaşanıb. Hətta həmin vaxt dünyaya gələn uşaqlara “İniesta nəsli” adlandırılır.

Minval.İnfo

Gündəm

Nəşr edilib: 2018/06/30 14:10

Baxış: 486


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06