Dünya çempionatlarından sonra ulduz olan futbolçular – FOTOLAR
İyunun 14-ündə dünyanın dörd bir tərəfindən futbol sevərlərin gözü Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında olacaq.
32 millinin iştirakı ilə baş tutacaq oyunlar zamanı futbolçular həm ölkələri üçün həm də öz gələcəkləri üçün bütün güclərini ortaya qoyacaqlar. Xüsusilə gənc oyunçular öz karyeraları üçün əlavə tərləməli olacaqlar. Nəzərə alsaq ki, bu kimi çempionatlara diqqət digərlərindən dəfələrlə böyükdür, gənc oyunçular üçün belə çempionatlar xəyallarını gərçəkləşdirmək üçün real fürsətdir.
Minval.İnfo bu məqalədə 1954-cü ildən bu günə kimi keçirilmiş dünya çempionatlarında parlamış gənc oyunçulardan bəhs edəcək.
Pol Poqba – 2014

“Mançester Yunayted” in fransız ulduzu 2014-cü ildəki çempionatda komandası adına ən uğurlu çıxış edənlərdən biri olub. Bu çıxışından sonra Poqba ilə digər dünya nəhəngləri maraqlanmağa başlayır. 2016-cı ildə o, “Mançester Yunayted” ilə razılaşır.
Tomas Müller – 2010

2010-cu ildə Müller dünya çempionatında ən çox fərqlənərək bombardir olub. Bu çıxışına görə qızıl buts qazanıb. O, bu nəticəsinə görə indiyə qədər dünya çempionatlarında ən çox qol vuran 10 oyunçudan biridir.
Lukas Podolski – 2006

“Bayern münhen” “Arsenal” və “Qalatasaray” da futbol oynamış oyunçu 2006-cı ildə Almaniya millisində ən uğurlu çıxış edənlərdən biri olub. Onu bu uğurlu çıxışından sonra “Bayern Münhen” klubu transfer edib.
Landon Donovan – 2002

ABŞ yığması adına bəlkə də ən çox yadda qalan şey Donovanın çıxışı olub. “Bayern münih” və “Everton” klublarında icarə ilə oynamasına baxmayaraq o karyerasının böyük bir hissəsini ABŞ milli liqasında keçirib.
Maykl Oven – 1998

Zədə deyəndə ilk yada düşən oyunçulardan olan Oven İngiltərə millisində 1998-ci ildə ən çox yadda qalan oyunçulardan biri olub. O, “Liverpul” un tərkibində 7 dəfə premerliqanın bobardiri olub.
Mark Overmars – 1994

1994 dünya çempionatında Hollandiya yığmasıyla möhtəşəm çıxış edən oyunçu sonralar nəhəng klubların diqqətini çəkə bilib. O “Arsenal” klubunun tarixi heyətində əsas futbolçulardan biri olub.
Robert Proçineski – 1990

Millimizə də rəhbərlik etmiş Proçineski 1990 dünya çempionatında ulduzu parlayıb və daha sonralar “Real Madrid” və “Barselona” klublarında çıxış edib.
Tamerlan Mehdi
Minval.İnfo

