Dünya Çemponatında günün matçları – Son nəticələr
Dünya Çemponatında qrup mərhələsinin tamamlanmasına çox az vaxt qalıb.
Artıq A, B, C, D, E, F qruplarında növbəti mərhələyə adlayan komandaların adları məlumdur.
Onların adları sırayla aşağıda göstərilib.
A qrupu
1.Uruquvay
2.Rusiya
B qrupu
1.İspaniya
2.Portuqaliya
C qrupu
1.Fransa
2.Danimarka
D qrupu
1.Xorvatiya
2.Argentina
E qrupu
1.Braziliya
2.İsveçrə
F qrupu
1.İsveç
2.Meksika
Minval.İnfo xəbər verir ki, G və H qruplarında isə bu gün keçiriləcək son oyunlarla qrupdan çıxacaq komandaların adlarına aydınlıq gətiriləcək. Saat 22:00 – da Seneqal ilə Kolumbiya milliləri, Yaponiya və Polşa milliləri qarşılaşacaq.
Saat 18:00 – da isə Belçika və İngiltərə milliləri qrup birinciliyi uğurunda mübarizə aparacaq.
Bu oyunlardan sonra isə 1/8 mərhələsində qarşılaşacaq komandaların adları tam məlum olacaq.
H qrupunda Polşa ilə qarşılaşacaq Yaponiya millisi 3 xal uğurunda mübarizə aparacaq. Nəzərə alsaq ki Polşa millisi artıq qrupda qalıb, Yaponiyanı favarit komanda adlandıra bilərik. Qrupun digər matçında Kolumbiya və Seneqal milliləri qarşı – qarşıya gələcək. Bu oyunun qalibi 1/8 mərhələsinə vəsiqə qazanacaq.
Şübhəsiz günün ən maraqlı matçı Belçika və İngiltərə millilərinin oyunu olacaq. Qrup birinciliyi uğurunda mübarizə aparacaq komandalar indidən qrup mərhələsindən adlamağı təmin edib.
Bu mundialın ən sensasion nəticəsi isə Almaniyanın qrupda qalması oldu. Görünür Dünya Çempionatının lənəti yenə də özünü göstərdi. Son 4 mundialda bu lənət dəvam edib. Buna əsasən mundialı qazanan millilər sonraki Dünya Çempionatında qrupda qalır.
Tamerlan
Minval.info




