“Dünya kubokuna ayrılan pulların bir qismini oliqarxlar ‘mənimsəyib’”
“Dünya kubokunun ağlabatan məbləğə keçirilməsini istərdim”
Bu sözləri aeroportların və stadionların tikintisində iştirak etmiş, Putinə yaxın oliqarxları tənqid edən Navalny deyib. O, milyarderlər Boris Rotenberg və onun qardaşı Arkady-nin, həmçinin Putin-in yaxını sayılan Gennady Timchenko-nun adlarını çəkib.
“Rotenbergs və Timchenko on milyardlarla rubl qazanıblar. Qazanıblar sözünü oğurlayıblar kimi anlamalısınız. Çox yaxşı başa düşürük ki, həmin şəxslər dünya kuboku hesabına varlanıblar”, – Navalny söyləyib. 42 yaşlı Navalny icazəsiz aksiya keçirdiyinə görə 30 sutkalıq həbsə məhkum edilmişdi. “30 günlük biznes səyahətindən sonra sizinləyəm. Azad olmağımdan çox xoşbəxtəm”, – o, Twitter-də zarafatla yazıb. (Azadlıq radiosu)
XƏBƏR LENTİ
2025/11/19 14:22

