Dünya liderlərinin sevdiyi filmlər – “Xaç atası”, “Hərb və sülh”, “Miki Maus”…
Film sadəcə siravi insanların deyil, dünya liderlərinin də asudə vaxtlarını sevə-sevə ayırdıqları incəsənət sahəsidir.
Siyasi liderlərin həyatı özü elə filmləri xatırlatsa da, onların da sevdiyi filmlər var.
Minval.info dünya liderlərinin sevdiyi filmlər barədə məlumat verir:
İosif Stalin SSRİ-nin istehsalı olan hər filmin kütləvi nümayişə buraxılmasına şəxsən nəzarət edib. Rəhbərin ən çox sevdiyi filmlərdən biri “Çapayev” olub. Filmin “xeyir-dua”sını vermək üçün Stalin bu filmə 38 dəfə baxıb. Nəhayət, bir çox düzəlişlər aparıldıqdan sonra ona filmin 3 variantını təqdim ediblər. Stalin filmin Çapayevin Ural çayında boğulması ilə sona çatan variantını seçib.
Stalinin sonuncu baxdığı isə “Sirk” filmi olub.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2014-cü ildə keçirdiyi ənənəvi mətbuat konfransında “Ən cox sevdiyiniz film hansıdır” sualına qısa və konkret cavab verib: “Çapayev”.
Sabiq ABŞ prezidenti Barak Obama ən çox “Xaç atası” 1 və 2-ni sevsə də, üçüncüsünü elə də çox bəyənməyib.
Son günlər Cənubi Koreya prezidentliyə görüşü gündəmdən düşməyən Şimali Koreya Kim Çen In lideri ölkəsinin mədəniyyət naziri olduğu dövrlərdə hətta kinematoqrafiyaya aid kitab da yazıb. “Film sənətində” adlı kitabın müəllifi Kim Çen konkret bir film adı çəkməsə də, ən çox Ceki Çan filmlərini sevir.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da filmlərə qarşı laqeyd deyil. Onun sevdiyi filmlər sırasında “Xaç atası”, “Vətəndaş Keyn”, “Qanlı idman” filmləri xüsusi yer tutur.
Keçmiş ABŞ prezidenti Franklin Ruzvelt böyük böhran dövründə ölkəni idarə edib. Dövrün gətirdiyi stressi üzərindən atmaq üçün o, öz ofisində “Miki Maus” cizgi filmini izləməyi çox sevirmiş.
Fidel Kastronun ən çox sevdiyi film isə “Hərb və sülh” olub.
Çin Xalq Respublikasının sədri Si Cinpin Amerika rejissorlarının İkinci dünya müharibəsi ilə bağlı çəkilmiş filmlərinə xüsusi azarkeşlik edir. Onun ən çox sevdiyi film isə Stiven Spilberqin 1998-ci ildə ekranlaşdırdığı “Sıravi Rayanı xilas etməli” ekran işidir.
Dəniz


