Dünya markalarının məşhur rəqabətləri – Milyonlar buna xərclənir

“Pepsi”-“Coca cola”

Uzun illərdir dünya kola satışı bazarında bir-biri ilə amansız rəqabət içərisində olan “Pepsi” və “Coca cola” şirkətləri istehsal etdikləri məhsullarla hegemonluq yarışına davam edirlər. “Coca cola” klassik kolasevərlər arasında rəğbət gördüyü halda, “Pepsi” daha çox gənc nəsil tərəfindən sevilir. Dünya bazarında “Coca cola” satış statistikalarına görə rəqibini qabaqlasa da, “vətəni” ABŞ-ın satış bazarında “Pepsi”-dən geri qalır.

Pepsi Coca cola ile ilgili görsel sonucu

“Burger King”-“McDonalds”

20-ci əsrin əvvəllərindən etibarən “fast food” qidaların satışında bir-biri ilə rəqabət içərisində olan “Burger King” və “McDonalds” markaları dünya bazarında üstünlük əldə etmək üçün müxtəlif yeniliklər edirlər. Hər iki markanın müştəriləri bu rəqabətdən məmnun olduqlarını və bu rəqabətin məhsul keyfiyyətini daha da yüksəltdiyini bildirir. Bu məmnuniyyət sözügedən markalar arasında da özünü göstərir. Beləki “McDonalds”-ın qurucusu Rey Kroç rəqibləri haqqında “onlar boğulub öləcək halda olsalar, mən onlara tərəddütsüz xortum verərdim” fikrini səsləndirmişdi.

Burger King McDonalds ile ilgili görsel sonucu

“Lamborghini”-“Ferrari”

İki güclü italyan avtomobil markası olan “Lamborghini” və “Ferrari” istehsal etdikləri modellərlə dünya maşın bazarında öz nüfuzlarını gündən-günə artırırlar. Bundan əlavə bu iki marka arasında 51 illik gərgin rəqabət mövcuddur. Alıcılar arasında istər keyfiyyət, istərsə də qiymət baxımından “Ferrari” bir addım öndə görünür. Arada olan fərqlərdən biri isə “Ferrari”-nin hər növdə avtomobil istehsal etməsi qarşılığında “Lamborghini”-nin yalnız idman avtomobilləri satmasıdır.

Lamborghini Ferrari ile ilgili görsel sonucu

“Nintendo”-“Sony”

“Nintendo” və “Sony” arasında rəqabət 20 ildir davam edir. Ötən əsrin sonlarından etibarən 3D qrafikalı oyunları CD formatda istehsal edən “Sony” şirkəti videooyun bazarında hegemonluğunu elan etdi. Bir müddət sonra “Nintendo” özünəməxsus tərzi ilə dünya bazarında “Sony” şirkətinə rəqib olmağı bacardı. “Sony” şirkəti rəqibinə nisbətən 3 dəfə daha artıq satış göstəricisi ilə öndə olsa da, “Nintendo” sürətli inkişafı ilə bu fərqi aradan qaldırmağa çalışır. Son illər “Sony” “Play Station”, “Nintendo” isə “Wii” oyun konsulları ilə satışlarını davam etdirir.

nintendo vs sony ile ilgili görsel sonucu

“Nike”-“Adidas”

İdman geyimləri satışı üzrə illərdir rəqabət halında olan “Nike” və “Adidas” markaları son vaxtlar “Nike”-ın “Adidas”-ı böyük fərqlərlə qabaqlaması ilə olduqca zəifləyib. 2006-cı ildən bəri hər il açıqlanan satış statistikalarına əsasən “Nike” şirkəti ən böyük rəqibi “Adidas”-ı olduqca böyük fərqlə qabaqlamağı bacarır. Statistikaya görə dünyaca məşhur idmançılar arasında “Nike” markalarına üstünlük verənlər 57% təşkil etdiyi halda, “Adidas”-ı seçənlər 33%-dir.

Nike”-“Adidas ile ilgili görsel sonucu

Nazim Hacıyev

Minval.info

Maraqlı

Nəşr edilib: 2019/09/05 14:34

Baxış: 295


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06