Dünya ordusunun yeməkləri – FOTOLAR
Dünya orduları nə yeyir?
Dinc şəraitdə əsgərlər yeməkləri onların düzgün qıdalanması, həm doyub, həm də kilo almaması üçün xüsusi hazırlanır.
Həmçinin hər bir ölkənin ordusunda təlim və müharibə dövründə əsgərlərə veriləcək yeməklər də onların lazımi qida maddələri ilə təmin edəcək formada paketləşdirilir. Bir çox ölkədə əsgərlərin müharibə dövrü qida rasiyonu oxşar olsa da, bəzi ölkələrin özünəməxsus mətbəxi onların əsgər yeməklərinə də təsirsiz ötüşmür və onu tamamilə fərqli edir. Məsələn, Pakistan əsgərinin böyük iştahla yediyi yeməyi yapon əsgərlər yaxın belə durmazdılar və yaxud əksinə. Fərqli mətbəxə sahib ölkələrin ordusunda müharibə zamanı hansı yeməklərə üstünlük verilir? Minval.info təlimlər və müharibə dövründə qablaşdırılıb əsgərlərə verilən ən fərqli yemək paketləri barədə məlumat verir:
Avstraliya
Avstraliyada yemək paketləri hər hərbiçi üçün ayrıca hazırlanır. Burada orduya qatılmazdan əvvəl vətəndaşlar arasında anket keçirilir və hansı yeməyi sevdikləri öyrənilir. Bir yemək isə hər bir paketin daxilində yer alır: Avstraliyanın milli yeməyi Vegemite əzməsi. Çörək üzərinə çəkilən bu əzmənin dadı ət suyunu xatırladır.
Fransa
Fransız əsgərlərin yeməkləri lüks restoranlarda əyləşənləri belə qısqandıra biləcək səviyyədədir. Yemək paketinə maral əti əzməsi, pudinq, örtəkli mantı, somon balığı əzməsi, vetçina, saxsı qabda bişmiş dovşan əti kimi dadlı təamlar daxildir. Bütün yeməklər ayrı-ayrı dəmir qablara yerləşdirilir. Müharibə şəraitinin müxtəlifliyi və iqlim şəraiti nəzərə alınaraq 14 müxtəlif yemək paketi mövcuddur. Hətta dünyanın ən böyük internet magazası “eBay”-dan Fransa əsgər yeməyi paketini sifariş edənlərin sayı heç də az deyil.
Sinqapur
Asiyanın ən zəngin ölkələrindən olsa da Sinqapurda əsgərlər üçün yemək çeşidləri elə də zəngin deyil. Əsas xüsusiyyəti isə insanların qidalanma adətlərini və dini mənsubiyyətlərini nəzərə almaqlarıdır. Belə ki, Sinqapurda üç növ əsgər yeməyi paketi mövcuddur: Müsəlmanlar üçün “type M”, başqa dinə inanlar üçün “type N” və veganlar üçün “type 3”. Müsəlmanlar üçün soya südü, toyuqlu ərişdə və qırmızı lobyadan hazırlanan şirniyyat, müsəlman olmayanlar üçün toyuq əti yerinə donuz əti, veganlar üçün isə əriştəyə müxtəlif göyərtilər əlavə edilir. Həmçinin yeməyin yanında vitaminlər də verilir.
İtaliya
Sinqapurda olduğu kimi eynilə İtaliyada da müharibə vaxtı əsgərlərin yeməyi gündəlik yemək seçimlərindən fərqlənmir. Ancaq İtaliya ordusu müharibə və təlim zamanı spirtli içki qəbul edən tək ordudur. Əsgərlərə verilən yeməklərin yanında hər gün 50 qram 40 faizlik spirtli içki, əsasən, konyak verilir.
Yaponiya
Yaponiya mətbəxi deyiləndə hər kəs çiy balıqlı suşini, həşəratlı qamburgerləri gözünün qarşısına gətirir. Ancaq yapon əsgərləri döyüşlər və ya təlimlər zamanı çox sadə xörəklərlə qidalanırlar. Başlanğıc yemək 200 qram düyüdən, əsas yemək isə balıq konservası, toyuq souzundan ibarətdir.
Dəniz
Minval.info




