Dünya təhlükəli eskalasiyaya doğru – sanki hamı böyük müharibəyə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin dekabrın 22-də yaxın 10 ildə yenidən silahlanma ilə bağlı astronomik rəqəmlərlə ölçülən büdcə planınını təsdiqləməlidir. 

“Kremlin bu planı ərazi ambisiyaları və Qərblə gərginliyin artması fonunda həyata keçirməsi olduqca qayğıvericidir”,- İsveçrənin Le Temps qəzetindən Emmanuel Qrinşpan yazır.

Yazıda Rusiyanın 2018-2027-ci illərdə yenidən silahlanmaya 19 trilyon rubl (təxminən 332 milyard ABŞ dolları) vəsait ayıracağı bildirilir.
Müəllif “Kommersant” qəzetinə istinadən Rusiyanın hərbi proqramında 3 prioritetin müəyyən olunduğunu yazır: Nüvə silahı sistemlərinin modernlərşdirilməsi, supersərrast silahların işlənib hazırlanması və ümumi qoşun hissələri üçün ən yeni silah və texnikanın tədarük edilməsi. Sənəddə həmçinin hipersəsli silahlara ayrıca yer verilib.

Rusiyalı hərbi ekspert Aleksandr Qoltsun jurnalistə söylədiyinə görə, Kreml digər ölkələrə Rusiyanın onları məhv etməyə qadir olduğu mesajını verir. Məhz bu, hətta ən ağır maliyyə şərtlərində Rusiyanın ABŞ-la keyfiyyət paritetini saxlamaq istəyini izah edir.

“Lakin Rusiya istənilən halda uzun və mürəkkəb əməliyyat apara biləcək vəsait və gücə malik deyil”, – yazının sonunda qeyd olunub.

Almaniyanın “Bild” qəzeti isə Qərb dövlətlərindən birinin kəşfiyyatına istinadən Rusiyanın iştahının zənn ediləndən daha böyük olduğunu yazıb.

Image result for isgəndər silah

Mənbənin söylədiyinə görə, Rusiyanın bu ilin sentyabrında keçirdiyi “Qərb-2017” hərbi təlimləri rəsmi şəkildə bəyan olunduğu kimi, müdafiə və terrorizmlə mübarizə məqsədli olmayıb, NATO-ya qarşı Avropa ərazisində irimiqyaslı hərbi əməliyyatların taktikasının məşq etdirilməsindən ibarət imiş.

Jurnalist Yulian Röpkenin yazdığına görə, təlimlərin əsasında Baltikyanı ölkələrin bir neçə gün ərzində ələ keçirilməsi dayanıb. Eyni zamanda NATO-nun Qərbində yerləşən dövlətlərə qarşı “şok əməliyyat”ın planı əyani şəkildə hazırlanıb.

Qərb kəşfiyyatının iki aparıcı ekspertinin jurnalistə bildirdiyinə əsasən Rusiya Baltikyanı bölgəni NATO-nun ən zəif nöqtəsi hesab edir.
Onların sözlərinə görə, ruslar Polşanı qalan qüvvələrdən kəsməyi nəzərdə tutan və NATO qoşunlarının Litvada güclənməsinin qarşısını ala biləcək “Suval dəhlizi” adlanan hərbi əməliyyat planının təlimlərini də icra ediblər.

Ekspertlər əmindirlər ki, burada söhbət birbaşa ölkəni ələ keçirib, orada hansısa “xalq respublikası”nın yaradılmasından getmir. Rusiya qüvvələri ilkin olaraq bölgədəki nəqliyyat infrastrukturlarını, hər şeydən öncə isə aerodromları əl keçirmək üçün irəliləyəcəklər.

Bundan başqa, “Qərb-2017” təlimləri zamanı Qərbi Avropada yerləşən hərbi obyektlərin bombardman edilməsi də məşq etdirilib. Təlimlərin gedişində isə Rusiya qırıcıları Şimal dənizində Almaniya və Danimarka, Baltik dənizində isə İsveç, Finlandiya və Polşa sahillərinə təhlükəli dərəcədə yaxınlaşıb.

Geniş miqyaslı quru əməliyyatı zamanı NATO-nun döyüş qabiliyyətini azaltmaq məqsədilə Baltik dənizi hövzəsindən, havadan və sualtı qayıqlardan əks zərbələrin endirilməsinin planlaması həyata keçirilib.

Image result for isveçdə hətbi baza

Ekspertlərin sözlərinə görə, Stokholm və Helsinki müharibə zamanı öz aerodromlarından istifadə olunmasına razılıq verəcəklərinə görə İsveçdə və Finlandiyanın cənubunda yerləşən bütün hərbi obyektlər “İsgəndər” raketlərinin hədəfi altında tutulub. Bu məqsədlə Murmansk vilayətində Kolsk yarımadasında hərbi təlimlərin gücləndirilməsi müşahidə olunub.

Hərbi mütəxəssislərinin rəyinə görə, bütün bu ssenari hələ Rusiyanın nüvə müharibəsi öncəsi atacağı addımlardır.

Əgər işlər Moskvanın istədiyi kimi getməzsə və Qərb qüvvələri Baltikyanı bölgəni geri qaytarmağa cəhd göstərərsə, bu dəfə Rusiya taktiki nüvə arsenalından istifadə etməyi belə gözə alıb”.

ABŞ-ın “Newsweek” jurnalı Vaşinqtonun Rusiyanı aqressiv hərəkətlərdən çəkindirmək məqsədilə Avropadakı aviabazalarını modernləşdirmək niyyətlərindən bəhs edib.

Jurnalist Con Haltivangerin yazdığına görə, prezident Donald Tramp tərəfindən dekabrın 12-də imzalanan hərbi büdcəədə İslandiya, Norveç və Şərqi Avropada hərbi obyektlərin tikintisi üçün 214 milyon dollar pul ayrılması nəzərdə tutulub.

NATO-nun Macarıstanda, Keçkemet hərbi bazasında, yanacaqdoldurma anbarlarının, paralel yolların və yay meydanlarının qurulmasına 50 milyon dollar pul xərclənəcək. Estoniya, Latviya, Slovakiya, Lüksemburq və Rumıniyada da yerləşən hərbi bazalar da öz paylarını alacaqlar. ABŞ buraya F-22 Raptor və F-35 Strike Fighter hərbi təyyarələrini yerləşdirməyi planlayır.

Lakin ekspertlər bölgədə ABŞ-ın hərbi qüvvəsinin yetərli olmadığını qeyd edirlər. Soyuq müharibə illərində Avorpadakı ABŞ ordusnun sayı yüzminlərlə ölçülürdüsə, indi bu rəqəm 62 mini keçmir.

Image result for avropanın siyasi xəritəsi

Almaniyanın Handelsblatt qəzeti Yaponiyanın raket əleyhinə müdafiə sisteminə xüsusi məqalə həsr edib. “Artıq Yaponiya ordusu da həm yerdən, həm də havadan raket zərbələrinin qarşısını almağa qadirdir. İndi ölkə Şimali Koreyanın raketlərindən qorunmaq üçün yeni bir sistem hazırlayıb. Bölgə silahlanmanın yeni burulğanına qərq olmaqdadır”, -qəzetin yazarı Martin Köllinq bildirir.

Məqalədə Tokionun bu məqsədlə ABŞ-ın “Lockheed Martin” konserinin istehsalı sayılan 2 komplektdə “İCİS” raket əleyhinə müdafiə sistemini yerləşdirmək niyyətində olduğu yazılıb. Yaponiya hökuməti bu sistemlərin hər birinə görə ABŞ şirkətinə 750 milyon dollar ödəyəcək.

Yaponiya yalnız hava hücumudan müdafiə sistemlərinin alınması ilə kifayətlənmir. Baş nazir Sindzo Abenin qərarına əsasən 2018-ci ildə ölkənin hərbi büdcəsi 39 milyard avroya çatdırılacaq ki, bu da Yaponiya tarixində 2-ci dünya müharibəsindən bu yana ən böyük hərbi büdcə sayılır.

Musavat.com

Dünya

Nəşr edilib: 2017/12/21 16:14

Baxış: 203


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06