Dünyaca məşhur klubun məşq bazası yandı – azı 10 futbolçu öldü (Foto)
Braziliyanın A Seriyasında yer alan “Flamengo” klubunun məşq bazasında faciəvi hadisə baş verib.
Minval.info xarici mediaya istinadən xəbər verir ki, “ağ-qara” komandanın azı 10 futbolçusunun həyatını itirdiyi bildirilir.
Ölənlərin aşağı yaş qruplarında forma geyən 14-17 yaşlı oyunçuların olduğu deyilir.
Klub üzvləri yuxuda olan zaman yanğının baş verməsi faciəyə səbəb olub.
Braziliya mediasının yazdığına görə, 3 nəfər hadisə zamanı ağır xəsarətlərlə ölümdən qurtulub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

