Dünyada aparıcı kriptovalyutaların məzənnəsi azalıb
Kriptovalyuta bazarında yenidən kəskin ucuzlaşma baş verib.
Minval.info xəbər verir ki, dekabrın 6-da aparıcı kriptovalyutaların (Bitkoin, Ethereum, Solana, Cardano, Polkadot və s.) kotirovkaları 1,6%-dən 10%-ə kimi dəyər itirib.
Həftəlik ifadədə Bitkoinin qiyməti 15%-dən çox dəyərdən düşərək 48,2 min ABŞ dollarına satılır. Dünyanın ilk kriptovalyutasının kapitallaşması 1 trilyon dollarlıq həssas həddən aşağı düşüb. “Ethereum”un dəyəri həftə ərzində demək olar ki, 7% azalaraq 4 000 ABŞ dollarına enib.
“Binance”in Şərqi Avropadakı direktoru Qleb Kostarev deyir ki, kriptovalyuta bazarına təzyiq göstərən əsas amil koronavirusun yeni ştamının yaratdığı gərginlik və artan inflyasiya ilə bağlı qeyri-müəyyənlikdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

