Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu ötüb
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 275 milyonu ötüb.
Minval.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 275 233 892 yoluxma aşkarlanıb. Son sutkada daha 541 319 nəfərin koronavirusa yoluxması məlum olub, 5 735 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 5 364 996 nəfərə çatıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb – 50 565 638 nəfər. Siyahıda sonrakı yerlərdə Hindistan (34 758 481), Braziliya (22 215 856) və Böyük Britaniya (11 542 147) qərarlaşıb.
Ölənlərin sayına görə də ən çox ABŞ-dadır – 799 942 nəfər. İkinci sırada Braziliya (617 873), üçüncü yerdə Hindistandır (478 325) .
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

