Dünyanın döyüşən qadınları – Qarabağda vuruşan, 300-dən çox adamı öldürən… – FOTOLAR
Dünyanın bəzi ölkələrində qadınlar məcburi şəkildə ordu sıralarına cəlb edilirlər.
Bir çox ölkədə isə qadınlar özləri könüllü döyüşlərdə iştirak edirlər. Hazırda Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında qadınlar da iştirak edir. Yüzbaşı Dilek Aygün YPG, PKK və İŞİD-ə qarşı əməliyyatlarda diqqət çəkən qadın hərbçilərdəndir.
Tarixdə hünərləri ilə kişiləri ötüb keçən, özlərindən bəhs elətdirən qadın döyüşçülər kifayət qədərdir. Minval.info yadda qalan hərbçi qadınların kimliyini təqdim edir.
Lüdmila Pavliçenko. Dünya Müharibəsində Sovet ordusunda snayper olan 2 mindən qadından biri olub. 36-ı snayperçi olmaqla 300-dən çox alman əsgərini ölürən bu qadın Amerikaya qədər gedib çıxa bilib. Tanıtım üçün Ağ Evə göndəeilən Pavliçenko dövrün ABŞ prezidenti Franklin Ruzveltlə də görüşüb. Beləliklə, Lüdmila ABŞ prezidenti tərəfindən rəsmi qəbul edilən ilk Sovet vətəndaşı olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi olan Kəmalə Qəhrəmanova 1991-ci ildə Qarabağ döyüşlərində iştirak edib. 18 yaşlı Qəhrəmaova saçlarını kəsərək Ağdam, Şuşa, Ağdərə, Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərək yaralanıb.

ABŞ ordusunda xidmət edən Şeri Gallaher ölkəsinin ən yaxşı pulemyotçularından biri sayılır. 2010-cu ildə 11 kişi rəqibini geridə qoyaraq “İlin əsgəri” seçilən Gallaher bu adı qazanan ilk qadın hərbçidir.
![]()
Monika Lin Braun ABŞ ordusunda “Gümüş ulduz” ordeni ilə təltif edilən ikinci qadındır. O, bu mükafata 2007-ci ildə Əfqanıstanda bombalı hücum zamanı göstərdiyi qəhrəmanlığa görə təltif edilib. Braun yaralanan əsgərləri yol kənarına daşıyıb və öz bədənini onlar üçün sipər edib.

Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin tərkibindəki partizan qadınlar dünyanın diqqətini cəlb edir. Əvvəllər ingilis dili müəllimi olmuş, daha sonra Kolumbiya gerillalarına qoşulan Tanya Nimeyer bir çox terror aktlarının törədilməsində iştirakına görə 60 il müddətinə həbs edilib.

Yaşadığı kənd alman əsgərləri tərəfindən güllə-baran edildikdən sonra orduya qoşulan Yevdokiya Zavaliy. Dünya Müharibəsindən sonra 40 ordenlə təltif edilib. 4 dəfə yaralanan Zavaliy “Xanım Qara ölüm”adı ilə tanınıb.

Dəniz Kərimzadə
Minval.İnfo

