Dünyanın ən bahalı dikdabanı nümayiş olundu

Dünyanın ən bahalı ayaqqabısı Burc-əl-Ərəb otelində sərgiyə çıxarılıb.
Minval.İnfo axşam.az-a istinadən bildirir ki, dikdabanın dəyəri 17 milyon dollara bərabərdir. Ayaqqabı qızıl və 2 ədəd 15 karatlıq almazla bəzədilib.
Nümayiş olunan ayaqqabı 36 ölçüdədir. Məlumata görə, dikdaban bundan sonra yalnız sifariş verən şəxsin ayaq ölçüsünə uyğun hazırlanacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

