Dünyanın ən bahalı avtomobilləri – FOTOLAR
Demək olar ki, hər il yeni bahalı avtomobillərin yollarda şütüməsinə şahid oluruq. Ancaq bəzi avtomobillər var ki, onları görmək hər kəsə qismət olmur.
Minval.İnfo bu məqalədə dünyanın hazırda ən bahalı avtomobillərindən bəhs edəcək.
Ferrari Pininfarina Sergio

Bu maşın 2013-cü ildə təqdim olunub. Avtomobil şirkətin yaradıcısı Pininfarinanın xəstəlikdən vəfat etmiş oğlunun şərəfinə Pininfarina Sergio adlandırılıb. Ümumi dizayn Ferrari 458 spider-in dizaynından götürülüb. Avtomobil 4.5-litrli F136F V8 mühərriki ilə təchiz olunub. Bu mühərrik 562 at gücündədir. Bu avtomobilin qiyməti 3 milyon dollardır.
Aston Martin Valkyrie

Bu avtomobil Aston Martin şirkətinin yeni sahibi Endi Palmerin istəyi ilə ərsəyə gətirilib. Onun sözlərinə görə, Endi bu avtomobili keçmiş Formula 1 pilotu Adrian Neviy ilə içki içdikdən sonra yaratmaq fikrinə düşüb. Avtomobil 6.5 litrli aspirasiyalı V12 mühərriki ilə təchiz olunub. Mühərrik 1000 at gücündədir. Avtomobilin qiyməti 3.2 milyon dollardır.
Bugatti Veyron by Mansory Vivere

Bugatti Veyron 4 dəfə yenilənib və məhdud sayda satılıb. Ancaq Bugatti Veyron by Mansory Vivere bunlar arasında ən bahalısıdır. Ən bahalı olmaqla yanaşı ən sürətli Bugatti modelidir. Avtomobil 8.0-litrli W16 mühərriki ilə təchiz olunub.qiyməti 3.4 milyon dollardır.
Lykan Hypersport

Bu avtomobili bu qədər bahalı edən onun ön işıqlandırıcılarının 15 karatlıq almazlarla təchiz olunmasıdır. Bu avtomobil “W motors” tərəfindən layihələndirilib və Livanda istehsal olunub. Ərəblər tərəfindən istehsal olunması elə onun nə dərəcədə göstərişli və cah-cəlallı olmasına sübutdur. Bu avtomobil Bugatti ilə müqayisədə mühərrik gücünün az, 780 at gücündə olması ilə fərqlənir. Bu avtomobilin qiyməti 3.4 milyon dollardır.
Aston Martin Vulcan

Bu avtomobil “Aston Martin” şirkətinin indiyə qədər istehsal etdiyi ən bahalı avtomobildir. Avtomobil 7.0-litrli V12 mühərriki ilə təchiz olunub və oturacaqları karbon lifdəndir. Bu avtomobildən 24 ədəd istehsal olunub, qiyməti də 3.4 milyon dollardır.
McLaren P1 LM
Bu avtomobil sifariş ilə istehsal olunur. Avtomobil güclü mühərriki ilə seçilir. 3.8 litrli twin-turbo V8 mühərrikin bəzi hissələri qızıl platindəndir. Mühərrik 1000 at gücündədir. Buna baxmayaraq xüsusi aerodinamiklik sayəsində digər eyni güclü avtomobillərə nisbətən Mclaren daha sürətlidir.
Avtomobilin qiyməti 3.6 milyon dollardır.
Lamborghini Veneno Roadster

Şirkət yaranışının 50-ci ili münasibətilə Venenonu dizayn edib. Veneno ispan dilində zəhər deməkdir. Dizaynına görə bu maşın bir çoxlarına görə dünyanın ən gözəl maşınıdır. Avtomobil 6.5-litrli V12 mühərrikilə təchiz olunub. Avtomobil 100 kilometri 2.9 saniyəyə qət edir. Bu avtomobildən 9 ədəd istehsal olunub. Avtomobilin qiyməti isə 4.5 milyon dollardır.
Koenigsegg CCXR Trevita
Bu modeldən 3 ədəd istehsal olunub. Bunlardan ikisinin sahibi bilinməsə də 3-cünün sahibinin ağır çəkidə boks üzrə dünya çempionu Floyd Meyvezer olduğu məlumdur. V8 mühərriki sayəsində 100 km məsafəni avtomobil 2.8 saniyəyə qət edir. Trevita 404 km/saat sürət yığa bilir.
Bu modelin qiyməti 4.8 milyon dollardır.
Mercedes-Benz Maybach Exelero

Bu avtomobil məhdud sayda istehsal olunub. Bu avtomobil ilk dəfə məşhur reper Jay Z-nin klipində görülüb. Avtomobilin 100 kilometri 4 saniyəyə qət edir. Bu maşının Reper Birdman tərəfindən 8 milyon dollara alındığı deyilir.
Sweptail by Rolls Royce

Bu modelin dizaynı 1920-ci illərdə istehsal olunmuş avtomobil modellərinin dizaynından götürülüb. Dünyanın ən bahalı avtomobilinin qiyməti isə 13 milyon dolladır.
Tamerlan Mehdi
Minval.İnfo


