Dünyanın ən bahalı domaini – 13 milyon dollar…
Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Müasir dövrdə şirkətlər yarananda ilk olaraq öz veb saytlarını, sosial hesablarını yaradaraq işə başlayırlar.

Ən əsası isə şirkətlər saytlarını hazırlayarkən domain adlarına xüsusi önəm verirlər. Saytın adının şirkət adı ilə və ya həmin şirkətin işlədiyi sahəyə uyğun olaraq seçilməsi çox vacib məsələdir. Şirkətlərin bu cür seçimi etmələrinin səbəbi bəllidir. Bu tipli adlar seçildikdə həm yadda qalan olur, həm də axtarış sistemlərində axtarıldıqda tez tapılır.
Minval.info xəbər verir ki, saytın domain-inin alınması çox asandır və tez həll olunan işdir. Plastik kartı, kartında pulu və azca kompüter bilgisi olan bu işi görə bilər. Ancaq burada bir problem var.
Tutaq ki, sizin ağlınıza bir domain gəlib və onu siz onu almaq istəyirsiniz. Lakin bu domain artıq alınıb. Həmin domain-i almaq üçün gərək həmin domain-ə sahib olan şəxslə anlaşasınız.
Bəzən həmin adama külli miqdarda pul verməli olursunuz. Bundan istifadə edən adamlar da var. Onlar artıq bu işi biznesə çeviriblər. Düşünüb, maraqlı, çoxuna lazım ola biləcək adları alırlar və istəyən olanda 5-10 dəfə baha qiymətə satırlar.
Bu gün sizlərə bu tipli alış-veriş zamanı satılan ən bahalı domain-ləri təqdim edirik:
Cameras.com – 1.500.000 dollar (2006)
Russia.com – 1.500.000 dollar (2009)
Tandberg.com – 1.500.000 dollar (2007)
Ticket.com – 1.525.000 dollar (2009)
DataRecovery.com – 1.659.000 dollar (2008)
Auction.com – 1.700.000 dollar (2009)
Daiting.com – 1.750.000 dollar (2010)
Fly.com – 1.760.000 dollar (2009)
Seniors.com – 1.800.000 dollar (2007)
Computer.com – 2.100.000 dollar (2007)
Investing.com – 2.450.000 dollar (2012)
Social.com – 2.600.000 dollar (2011)
CreditCards.com – 2.750.000 dollar (2004)
Shopping.de – 2.858.945 dollar* (2008)
Candy.com – 3.000.000 dollar (2009)
Vodka.com – 3.000.000 dollar (2006)
Clothes.com – 4.900.000 dollar (2008)
Toys.com – 5.100.000 dollar (2009)
Slots.com – 5.500.000 dollar (2010)
Diamond.com – 7.500.000 dollar (2006)
Porn.com – 9.500.000 dollar (2007)
Fund.com – 9.999.950 dollar (2008)
Sex.com – 13.000.000 dollar (2010)
Minval.info

