Dünyanın ən yaxşısı olan və kilsədə böyüyən Noyer – Milyonlarını uşaqlara xərcləyir – FOTOLAR

Manuel Neuer ile ilgili görsel sonucuManuel Noyer 27 mart 1986-cı ildə Qərbi Almaniyanın Helzenkirxen şəhərində anadan olub. O, katolik inancları ilə  böyüdülüb və Helzenkirxen katolik kilsəsinin fəxri üzvüdür.

Ümumiyyətlə Məsut Özil ilə birlikdə Noyer Helzenkirxenin ən sevilən fərdləri hesab olunur.

Minval.İnfo xəbər verir ki, şəhərdə futbol ənənələri çox böyük həvəslə yaşadıldığından, Noyer futbolla 5 yaşında tanış olur. O, hələ uşaq vaxtlarında Almaniyanın və “Şalkie 04” klubunun əfsanəvi qapıçısı Yens Lehmanı özünə örnək seçir.

Balaca Noyer qardaşı ilə birlikdə küçələrdə futbol oynayarkən onun qeyri-adi istedada malik olması çoxunun diqqətini çəkir. O, “Gessamşul Berger” adlı az yaşlılar komandasına cəlb olunur. Heç burada bir il belə qalmayan Noyer 6 yaşında “Şalkie 04” klubunun az yaşlılar komandasına dəvət olunur.

Manuel Neuer ile ilgili görsel sonucu

17 yaşında “Şalkie 04” klubunun əsas heyətinə daxil olur. 2006-cı ilə qədər Frenk Rostun əvəzləyicisi olur. Ancaq 2006-da Frenk zədələnir və onun yerinə Noyer əsas heyətdə oyuna başlayır. Elə ilk oyundaca öz hünərlərini göstərən Noyer komandanın birinci qapıçısına çevrilir.

5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, “Porto”-ya qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, nəticədə turu keçən alman klubu olur.

Manuel Neuer ile ilgili görsel sonucu

Bundan sonra Noyer UEFA-nın ən yaxşı klub qapıçısı siyahısına daxil edilir. Bu siyahıda o, ən gənc nümayəndə və Bundesliqanın yeganə təmsilçisi olur. Noyerin bu performansı “Bayern Münhen” klubunun diqqətini çəkir. 2011-ci ildə bu transfer baş tutur.

Qapıçıya 22 milyon avro ödəyirlər və bu da onu Canluici Buffondan sonra tarixdə ikinci ən bahalı qapıçı etdi. Hazırda Noyer dünyanın ən güclü qapıçılarından (bir çoxuna görə isə ən güclüsüdür) biridir və karyerasını uğurla davam etdirir.

İlgili resim

Onun qazandığı titullar saymaqla bitməyəcək qədərdir. 2012-ci ildən bu yana “Bayern Münhen” klubu Bundesliqanı qazanır. Onu sevdirən digər cəhəti isə uşaqlar üçün xərclədiyi milyonlardır. Belə ki, 32 yaşlı qapıçı uşaqların təhsil almaları üçün dəfələrlə böyük miqdarda xeyriyyə işlərinə pul xərcləyib.

Manuel Neuer ile ilgili görsel sonucu

213 gündür zədəli olan Helzenkirxenli ötən gün, öz ad günündə zədədən qurtularaq meydançaya təkrar qayıdıb.

Tamerlan

Minval.İnfo

İdman

Nəşr edilib: 2018/03/28 13:25

Baxış: 434


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06