Düşənbə-Urumçi-Düşənbə reysləri dayandırılıb
Tacikistanın “Somon Eyr” aviasiya şirkəti Düşənbə-Urumçi-Düşənbə reyslərini fevral ayında müvəqqəti olaraq dayandırıb.
AZƏRTAC xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu addım Çində olan koronavirus təhlükəsi ilə bağlıdır. Vəziyyət sabitləşərsə, reyslər bərpa edilə bilər.
Virus təhlükəsi aşkar olunan ölkələrdən Düşənbəyə uçan təyyarələrin sərnişinləri ciddi yoxlamadan keçirildikdən sonra ölkəyə buraxılır.
Tacikistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə bu virusa yoluxma halı qeydə alınmayıb. Koronavirusun Tacikistan ərazisinə keçməsinin qarşısının alınması ilə əlaqədar bütün lazımi tədbirlər görülür.
XƏBƏR LENTİ
2025/11/19 14:22

