Düşmən təxribat törətdi, hərbi qulluqçumuz şəhid oldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Bu barədə Minval.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

