Düşmənin Qarabağdakı itkiləri artdı – daha 51 “seçici” məhv edildi

Ermənistan Qarabağ döyüşlərində məhv edilmiş hərbçilərinin bir hissəsinin də adını açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, son siyahıda 51 yeni ad var. Amma diqqətçəkən məqam budur ki, İrəvan bu itkiləri Qarabağdakı terrorçu rejimlə əlaqələndirir və Ermənistan ordusunun itkilərindən bəhs etmir. İşğalçi öLkə rəsmiləri bildirirlər ki, 27 sentyabrdan indiyədək “artsax” 1119 hərbi qulluqçusunu itirib. Bu fakt ondan xəbər verir ki, Nikol Paşinyan hökuməti Azərbaycan ordusu tərəfindən məhv edilən minlərlə hərbçi ilə bağlı həqiqətləri xalqdan gizlədir.

Dünən azərbaycanlı proqramçıların Ermənistanın dövlət qurumlarının saytında əldə etdiyi rəsmi və məxfi sənədə görə, sentyabrın 27-dən bəri döyüşlərdə 5500-ə yaxın erməni əsgəri ölüb və onların hamısının ad, soyadı, təvəllüdü bəllidir. Ermənilə bu sənədə belə “izahat” veriblər ki, guya bunlar seçicilərdir. Hətta erməni sözçüsü adı göstərilən ölmüş hərbçilərin içində bir qadın ad-soyadına istinad edib. (Guya ki, müharibədə qadın ölə bilməz).

Amma bu daha məntiqsiz açıqlamadır. Birincisi, nəyə görə bu “seçici”lərin hamısı hərbi mükəlləfiyyət yaşındadır, yaşı 50-dən artıq seçici yoxdurmu? İkincisi, əgər bu seçici siyahısıdırsa, nədən siyahıda yalnız kişilərdir, axı Ermənistanda qadın seçicilər də var.

Göründüyü kimi, düşmən öz itkilərini gizlədərkən gətirdiyi bəhanələrlə gülünc duruma düşəcəyindən utanmır.

İndi gözləyək, görək, sabah neçə “seçici”nin siyahısı yayılacaq…

Qarabağ

Nəşr edilib: 2020/10/29 11:25

Baxış: 61


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06