“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü

“Ebola” virusu haqqında ilk dəfə məlumat əldə etmiş sovet və Ukrayna kəşfiyyatının veteranı Anatoli Baronin iyulun 29-da 86 yaşında vəfat edib.

RBK xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, məhz A.Baronin 1970-ci illərdə Nigeriyada işləyəndə yeni təhlükəli xəstəlik – “Ebola” qızdırması barədə ilk dəfə məlumat əldə etməyə nail olub.

Bu qızdırmaya yoluxmuş qanın olduğu sınaq şüşələri “Aeroflot”un xüsusi reysi ilə təcili SSRİ-yə göndərilib. Almaniyanın “Ştern” jurnalı 1970-cı illərdə onu “casusluğun görkəmli ustadı” adlandırıb.

1932-ci ildə Moskvada anadan olmuş A.Baronin xaricdə üç dəfə sovet xarici kəşfiyyatının rezidenti işləyib. 1986-cı ildə Moskvada mərkəzi kəşfiyyat aparatında çalışıb. Xidmət göstərdiyi son beş ildə Ukrayna kəşfiyyatının sədr müavininin birinci müavini olub. 1991-ci ildə ehtiyata çıxıb.

Xatırladaq ki, “Ebola” virusu 1976-cı ildə Zair çayının deltasında aşkarlanıb. 2014-2016-cı illərdə irimiqyaslı epidemiya baş verəndə 28,6 min nəfər “Ebola”ya yoluxub, onlardan 11,3 mini ölüb.

Dünya

Nəşr edilib: 2019/07/30 16:03

Baxış: 127


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06