Efirdə dövlət qurumuna ittiham – 1700 manat cərimə qalmaqalı (Video)
Space Tv-də araşdırmaçı jurnalist və aparıcı Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində daha bir araşdırma tamaşaçılara təqdim edilib.
Minval.info bildirir ki, proqramda qaz istifadəçisinin xəbəri olmadan sayğacdan əvvəl oğurlanan xəttə görə, cərimənin ev sahibinə yazılması barədə süjet hazırlanıb.
“Gəlib akt yazdılar. Dedilər ki, 1700 manat cərimələnəcəksiniz. Səbəbini soruşdum və dəhşətə gəldim. Oğurluq edən qalıb kənarda cəriməni mənə yazıblar…”
Aparıcı abonentin başına gələnlərə və “Azərqaz” ASC-nin bununla bağlı reaksiyasına “maraqlıdır” şərhi verib.
Qurumun sözçüsu İbrahim Kərbəlayev aktın düzgün yazıldığını, xəttin sonuncu daxil olduğu evə cərimə tədbiq edildiyini bildirib.
Ətraflı təqdim olunan süjetdə:
XƏBƏR LENTİ
2025/11/19 14:22

