Efirdə Pərviz Bülbülə ilə rəqqasə arasında gərginlik: Rəqsini saxlayıb ağladı və… – VİDEO
“Sayqa ilə bu axşam” verilişində qonaqlar arasında gərgin anlar yaşanıb.
Minval.info xəbər verir ki, proqramın qonaqlarından olan meyxanaçı Pərviz Bülbülə ilə rəqqasə arasında mübahisə baş verib. Buna səbəb meyxanaçının aktyor İslam Mehrəliyevlə öz aralarından deyib-gülməsi olub. Belə ki, rəqqasə Xuraman çıxış edərkən Pərvizin ona güldüyünü düşünüb və anidən oyununu saxlayıb. O, eyni zamanda ağlayaraq meyxanaçıya narazılığını bildirib. P.Bülbülə və İ.Mehrəliyev isə rəqqasəyə gülmədiklərini söyləyiblər. Hətta aktyor “istəyirsən, sənin yerinə oynayım?!” – deyərək rəqqasənin könlünü almağa çalışıb.
Xatırladaq ki, Pərviz Bülbülə verilişlərin birində müğənni Damla haqqında dediyi sözlərdən sonra gündəm mövzusuna çevrilmişdi. Lakin müğənni rəqqasə Xuramandan fərqli olaraq Pərvizin sözlərinə məhəl qoymamışdı.
Minval.info

