Efirdə teleaparıcı sakinlərdən nəyə görə üzr istədi? – Sərt sözlər… (Video)

Müəmmalı bina kimə məxsusdur? Aidiyyatı qurumlar niyə susdu…?

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib.

Minval.info xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən, 9 ailənin yaşadığı binanı görüntüləyən teleaparıcı sakinlərin ciddi probleminə görə 4 quruma müraciət edib. Belə ki, sakinlərin yaşadığı binaya və otaqlara yağış yağır və onlar bu çətin vəziyyətdən gileyləniblər.

İlk olaraq Biləcəri bələdiyyəsinə yollanan teleaparıcı bir məlumat əldə edə bilmədiyi üçün daha üç “Dəmiryolu” QSC-nn ərazi üzrə nümayəndəliklərində olub. Qurumlardan bildirilib ki, həmin bina onlara məxsus deyil.

Yağışlı havada çəkilişlər aparan verilişin komandası və aparıcı son olaraq getdiyi “Biləcəri stansiyası”nda da bir xeyli gözləsə də, onları heç kim qəbul etməyib.

“4 qurum bir binaya sahib çıxmamaqla bərabər, görünən odur ki sahib çıxmaq niyyətində də deyillər. Məchulu tapa bilmədiyim üçün ümumi danışdım və “Olar? Olmaz!”a müraciət edən bu sakinlərə səslənirəm. Bağışlayın məni… Bağışlayın ki, sizin problemin cavabdeh şəxsini tapa bilmədim. Siz haqlı çıxdınız. Həqiqətən də haqlı. Sizin probleminizlə maraqlanan qurumunuz yoxdur. Çünki onlarda qaz yanır, sizin kimi elektirik sobası ilə qızışmırlar. Onların dam ötükləri var. Daha sizinki kimi başlarına yağış yağmır. Onların yerləri istidir, sizin kimi donuşub oturmurlar… Yəni onlara siz maraqlı deyilsiniz… Ta ki maraqlı olan struktur onların qulaqlarını burmayana kimi… O zaman onlar özləri donuşub gəlib eynən sizin kimi otaqda oturub məsələnin həllini nail olmaq istəyəcklər…”, deyə aparıcı Amil Xəlil sonda qeyd edib.

Qeyd edək ki, bu veriliş hər şənbə saat 18:20 də yayımlanır.

Ölkə

Nəşr edilib: 2018/12/24 14:47

Baxış: 2428


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06