EKMO-ya qoşulan Səyyad Əlizadənin son durumu

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.
Minval.info xəbər verir ki, bu barədə Kult.az-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
“Səyyad bəyin vəziyyətində heç bir dəyişiklik yoxdur. Hazırda səhhəti stabil ağır olaraq qalır”, – R.Qarayev bildirib.
Qeyd edək ki, vəziyyəti ağırlaşdığı üçün Gömrük Hospitalına köçürülən S.Əlizadə bir müddətdir EKMO aparatına qoşulub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

