Ekspert təklifə qarşı çıxdı: Əksinə, yeni nazirlik yaradılsın

Prezidentin struktur islahatları fonunda ləğv edilməli və ya birləşdirilməli qurumlarla bağlı təkliflərin səsəndirilməsi, müzakirələrin getməsi çox yaxşı haldır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert mütəxəssislər tərəfindən səslənən Kənd Təsərrüfatı ilə İqtisadiyyat Nazirliyinin birləşməsini təklifini məqbul saymayıb:

“Əvvəla, Kənd Təsərrüfatı Nazirliyi ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsinə müstəsna məsuliyyət daşıyan bir qurumdur və dünyanın istənilən normal ölkəsində bu nazirlik var. İkinici, İqtisadiyyat Nazirliyinin bugünkü səlahiyyət dairəsi həddən artıq genişdir, əksinə, onun məhdudlaşdırılması və daha çevik, effektiv sahiblənəcəyi səlahiyyətlərə fokuslanması çox vacibdir. Məsələn, bölgə və kənd inkişafı Azərbaycan üçün prioritet olduğu üçün Regional İnkişaf Nazirliyinin yaradılması daha doğru yanaşma olardı. Əlbəttə, lazımsız qurumlar ləğv edilməli, ancaq ölkənin sosial-iqtisadi prioritetlərinə uyğun ən vacib olan təsisatlar isə yaradılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında 4 qurum ləğv edilərək əvəzində KTN yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

İqtisadiyyat

Nəşr edilib: 2019/01/16 22:13

Baxış: 532


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06