“Eləsinə ərə getməkdənsə, anamın evində oturmuşam da” – Səidə
Müğənni Səidə Sultan ailə qurmamasının səbəbini açıqlayıb.
Minval.info xəbər verir ki, “Bizimləsən” verilişində bu haqda sualları cavablandıran Səidə bildirib ki, hələ bəyəndiyi oğlanı tapmayıb:
“Özümü tanıyan insanam. Nəyə qadir olduğumu, bacardığımı yaxşı bilirəm. Heç bir zaman ruhu zəif oğlanla ailə qura bilmərəm. Həyatımda o cür oğlan ola bilməz. Yanımda güclü, sözünün kəsəri olan oğlan olmalıdır. Onu görəndə, oğlan kimi hörmət eləməlidirlər.
Yoxsa, özümə seçdiyim insan, həyat yoldaşım ruhu zəif insan olsa, o kişini mən neyləyirəm? Ondansa anamın evində oturmuşam…”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

