“Elan verib, böyrəyimi satmaq istədim, amma həyat yoldaşım razı olmadı” – orqan alveri ilə bağlı məhkəmə

DTX dərman əməliyyatı ile ilgili görsel sonucuOrqan alveri ilə məşğul olmaq da ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Məhkəmədə zərərçəkmiş kimi tanınan, böyrəyini satmış Elvin Məmmədov ifadə verib. O da böyrəyini ehtiyacı olduğu üçün satdığını bildirib: “Kirayə pulunu ödəyə bilmirdim. İşlədiyim maşınyuma yerində bir maşınla hadisə baş vermişdi. Müdiriyyət ona görə tələb olunan 5 min 500 manatı da mənim üstümə qoymuşdu. Özümü də işdən çıxarıb, sənədlərimi almışdı. Pulu ödəyəndə qaytaracaqdı. Heç gündəlik xərclərimə də pul tapa bilmirdim. Həyat yoldaşımla məsləhətləşdim ki, elan verib böyrəyimi satım. Həyat yoldaşım buna razı olmadı”.

Zərərçəkmiş Məmmədov deyib ki, Xudadatovdan şikayəti yoxdur: “Məni heç kim, heç nəyə məcbur etməyib. Əksinə, bu adam mənə kömək edib. Mən pula ehtiyacım olduğundan, könüllü şəkildə satmışam. Bu adam da donor tapmaqda vasitəçilik edib. Böyrəyin qiymətini öyrənməkdən ötrü internetdəki elanlara baxdım. Böyrək almaq istəməsi barədə elandakı telefon nömrəsinə zəng etdim, cavab verən Xudadatov oldu. O, bir tanışına böyrək lazım olduğunu dedi. 10 min manata razılaşdıq. Sonra gedib Bakıda klinikada qan analizi verdim. Məlum oldu ki, köçürmənin mümkün olub-olmadığının müəyyənləşdirilməsi üçün İrana getməliyəm. Dedim ki, mənim sənədlərimi müdir alıb. Xudadatov 500 manat verdi. Müdirə vəd etdik ki, bir müddət sonra gətirib 5 min manatı da ödəyəcəm. Sonra İrana gedib orada “Xomeyni xəstəxanası”nda həkim Mohsen Tahiri transplantasiyanın mümkün olub-olmamasını yoxladı. Rəy müsbət olandan sonra Tbilisidə elə həmin həkim böyrək köçürməsi əməliyyatını etdi. Əməliyyatdan dərhal Gürcüstanda olanda Xudadatov Bakıda 9 min 200 manat həyat yoldaşıma çatdırdı”.

Digər zərərçəkmiş Şahmar Əsədov isə dindirilən zaman deyib ki, o, ara-sıra Bakıya gəlib, burada müayinə və müalicələr edən iranlı həkim Mohsen Tahirini tanıyıb. Donorun tapılmasından tutmuş, əməliyyatın həyata keçirildiyi Düşənbə şəhərinə təyyarə biletləri, orada otel xərclərinə qədər bütün işləri də o, öz boynuna götürüb. Bundan ötrü ona 30 min dollar pul verib.

Təqsirləndirilən V.Xudadatovu İrana gedəndə sərhədi keçəndən sonra onu qarşılayan iki taksi sürücüsündən biri kimi tanıyıb: “O biri taksi sürücüsü Əkbəri idi. Bir günün içində səhər getdim, analizləri verdim, axşam qayıtdım. Mənə böyrəyini vermiş şəxsin adını da xatırlamıram”.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanseti” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanseti”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.

Rubrikasız

Nəşr edilib: 2019/04/26 18:57

Baxış: 148


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06