Elçilikdə “yox” cavabı alan oğlan qızın ailəsini güllələdi – FOTO, VİDEO
Türkiyədə dəhşətli qətl hadisəsi qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, cinayət Türkiyənin Balıkesir şəhərinin Havran qəsəbəsində törədilib.
Əli adlı gənc elçiliyə getdiyi ailədən “yox” cavabını aldıqda qətliam kimi cinayət törədib.
O, ov tüfəngi ilə ailə üzvlərindən 7 nəfəri güllələyib. Güllənənlərdən 3-ü ölüb, 1-i uşaq olmaqla, 4 nəfər yaralanıb. Yaralananlar arasında elçi düşdüyü həmin qız da olub.

Hadisədən başını itirmiş cinayətkar daha sonra sosial şəbəkədə canlı yayım açaraq “Son vəziyyət belədir” deyib.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

