Eldar Sabiroğlunun oğlu əfv olunub
Rüşvət almaqda təqsirləndirilərək həbs olunan Rüfət Səfərov əfv olunub.
Minval.info xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüfət Səfərov 2016-cı ildə məhkum edilib. R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.
O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

