Elməddin: “Polisə müraciət etməmiş öz xoşunla…” – Video
Xəbər verdiyimiz kimi, aktyor Elməddin Cəfərovun adına İnstaqramda profil yaradılıb.
Axşam.az-ın məlumatına görə, şou-biznes nümayəndələri də səhifəni paylaşaraq, aktyorun sosial şəbəkəyə qatıldığını yazıb, ona “follow” atılmasını istəyiblər.
Elməddin isə bununla bağlı video yayıb və heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib:
“Kimsə mənim adımdan İnstaqram səhifəsi açıb, müğənnilərə yollayır ki, paylaşın. O, mən deyiləm, səhifəm deyil. İnstaqramda yoxam. Həmin insana deyirəm ki, polisə müraciət etməmiş öz xoşluğunla bağla onu”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

