Elməddin xəstəxanaya yerləşdirilib
Aktyor Elməddin Cəfərov xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu haqda ATV-də yayımlanan “7 canlı” verilişində deyilib. Qəfildən halı pisləşən Elməddin xəstəxanaya yerləşdirilib.
Proqrama telefonla zəng edən aktyor müalicəsinin davam etdiyini söyləyib:
“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

