Elmar Vəliyev işdən niyə çıxarıldı? – SƏBƏB (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub.

Minval.İnfo  xəbər verir ki, Elmar Vəliyevin işdən azad olunmasının əsas səbəbi onun səhhətində olan problemlərdir. Məlum olduğu kimi E.Vəliyevə qarşı törədilən sui-qəsdən sonra onun sağlıq durumu yaxşı deyil. Bir neçə gün öncə yayılan videolarda onun sərbəst yeridiyi, hətta yemək yediyi görünsə də, normal işinə davam etmək bu kifayət etmir.

Həkimlərin sözlərinə görə, keçmiş icra başçısının uzun müddətli müalicəyə və bərpaya ehtiyacı var. Belə ki, sözügedən görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Gəncə kimi böyük şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur. Bu səbəbdən Niyazi Bayramov bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.

Minval.İnfo

Vacib

Nəşr edilib: 2018/08/28 16:45

Baxış: 6049


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06