Elnarə 6 mərtəbəli villa tikdirir
Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.
Bu haqda aparıcı Zaur Kamal “5/5” verilişində deyib.
“Deyir, elə bir ev tikiririəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək” deyə aparıcı söyləyib.
Elnarə isə hələ evinin yarımçıq olduğunu söyləyib:
“Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm”.
Axşam.az
XƏBƏR LENTİ
2025/11/19 14:22

