Camalovun son qərarı nə olacaq?


Şəxsən mənim bəyəndiyim, rəğbət bəslədiyim futbolçulardan biri Elvin Camalov oldu. O, tək mənim yox, Azərbaycan futbolu və “Qəbələ” fanatlarının sevimlisidir. Özü-sözü bütöv olsa da, mövqeyi yarımmüdafiəçidir. Elvin mövqeyinin yaxşılarındandır, eyni zamanda başqa mövqelərdə də oynamağı bacarır. Bu isə futbolçu üçün böyük üstünlükdür, “belə futbolçular məşqçilərin sağ əlidir” desək yanılmarıq.

Bizim gənc saydığımız futbolçunun 24 yaşı var və ara-sıra oyunlarda benifeslər edir, bəs, niyə görünmür? Jurnalist kimi yox, azarkeş kimi deyirəm, Elvin yaxşı futbolçudur, amma milliyə niyə dəvət almır? Milliyə dəvət alanlar bəyəm hamısı idealdır? Bəlkə də keçmiş Sovetlər Birliyinin indiki ölkələrinin millilərində bizim kimi bərbad futbolçu seçimi olan 2-ci ölkə yoxdur.

“Ulduz” deyib, dəvət alanlar heç “100-lük lampa” effektini vermirlər. Təbii ki, söhbət hamıdan getmir, ümumi vəziyyət belədir. Qısası, Azərbaycan-Litva 0:0… Mən əsla, qərəzli danışmıram, sadəcə, daim istəyirəm ki, milli komandada və klublarda layiqli olanlar oynasın, komandalar qalib olsun. Bizim baş tacımız millimizdir. Ona görə, buraya xüsusi diqqət ayrılmalıdır.

Qayıdaq mövzuya. Camalov geridə qalan ay Azərbaycan kubokunu “Qəbələ” ilə başı üzərinə qaldırdı və 2018-2019 mövsümünü qızıl medal ilə başa vurdu. Komandası Avropa Liqasının təsnifat mərhələsinə adladı. Futbolçu üçün vacib amildir, qızıl medal qazanmaq, amma o komandada sonrakı taleyi necə olacaq? Bax, o ətraflı şəkildə məlum deyil, elə məlum olmadığından müsahibimin özü ilə birbaşa əlaqə saxladım.

– Komandada vəziyyət necədir?

– Komandamız ölkə kubokunun qalibi olandan sonra xoş əhval-ruhiyyə ilə istirahətə yollanmışıq.

– Klubdaki taleyin nə yerdədir?

– Muqaviləm artıq başa çatıb, ilkin olaraq öz klubumla danışıq apardım, lakin rəsmi qərar açıqlanmayıb. Əlbəttə, “Qəbələ” mənim üçün çox doğmadır və bu klub ilə uzun zamandan sonra titul qazandıq. Buna görə də çox şadam, düşünürəm bu qalibiyyətdə az da olsa, mənim də payım var. Əlavə olaraq, Premyer Liqadan təkliflər var. Bununla yanaşı, Türkiyə Liqalarında çıxış edən klublardan, Polşa, Rumıniyadan da təklif var, amma heç bir klubla rəsmi müqavilə imzalanmayıb. Hələ ki düşünürəm, götür-qoy edirəm ki, hansı uyğun olar, hansı komandada məni uğurlu karyera gözləyir. Ümumiyyətlə, elə yaş dövründəyəm ki, mənə stabil çıxış etmək və meydanda olmaq gərəkdir. Mən hər hansı klubda oynamağımdan aslı olmayaraq, canla-başla məşqlərimi edib, meydanda yaxşı oyun sərgiləməliyəm ki, milli komandaya da dəvət alım.

– Sağlamlığın nə yerdədirlər? Zədə yoxdur ki?

– Çox şükür Allaha, sağlıq durumun yaxşıdır, özümü yeni mövsüm üçün hazır görürəm.

– Milli komandaya dəvət almadın, görünən odur ki, millinin heyyəti hələ dəqiq bəlli deyil. Ekspermental heyət desək, yanılmarıq və sənin bu heyətdən kənarda qalmağın barədə nə deyə bilərsən?

– Həqiqətən, milli komandanın uğurları üçün çıxış etmək hər bir futbolçunun və digər idman növlərində çıxış edən idmançıların arzusudur. O cümlədən, mənimdə arzumdur. İnşallah, yaxın zamanda mən də dəvət alaram. Bu gün dəvət almıramsa, o deməkdir ki, üzərimdə daha çox çalışmalıyam.

-Qarşıdakı mövsümdə əsas məqsədlər nədən ibarətdir ?

– Bayaq söylədiyim kimi, özümə uyğun klub seçmək, o klubun uğurları üçün çalışmaq, öz karyeramda yeni uğurlar qazanmaq, daim inkişaf etmək və milli komandaya dəvət almaqdır.


Ağa Dadaşzadə / Minval.info

İdman

Nəşr edilib: 2019/06/01 14:37

Baxış: 211


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06