Elvin “Səni deyirlər”ə oynayan məşhurları tənqid etdi
Müğənni Elvin Abdullayev “Səni deyirlər” mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib.
Minval.info-nun məlumatına görə, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib:
“Yetər artıq, “Səni deyirlər” adlı sonsuz mahnıya son qoyun. Millət bezdi… Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?”.
Qeyd edək ki, İranda yaşayan cənubi azərbaycanlılar sözügedən mahnıya rəqs fləşmobu hazırlayıblar.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

