Elza Eldarı biabır etdi: “Əlini yumağa gedəndə eynəyi gözündən çıxmadı…”
Əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin qonağı olub.
İllər əvvəl müğənni Eldar Qasımovla yol yoldaşı olan əməkdar artist açıqlamaları ilə aparıcıları təəccübləndirib.
“Türkvizyon” mahnı müsabiqəsində E. Qasımovla üz-üzə gələn E. Seyidcahan bunları deyib:
“Eldar Qasımov müsabiqəyə gedərkən səfər boyu nə eynəyini gözündən çıxartdı, nə də bizə salam verdi. Mən müsabiqəyə 4 tələbəmlə qatılmışdım. O, müsabiqədə jüri kürsüsündə əyləşmişdi, amma bizə yaxınlaşıb heç dəstək də olmadı. Təyyarədə əlini yumağa gedəndə də Eldar Qasımovun eynəyi gözündən çıxmadı”.
Baku.ws
XƏBƏR LENTİ
2025/11/19 14:22

