Elza Seyidcahan: “8 min manat çox pul deyil”
Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.
Minval.İnfo xəbər verir ki, toylara 8 min manata getməsi ilə bağlı iddialara cavab verib.
E.Seyidcahan deyib ki, 8 min manat toy qonorarı olaraq çox deyil: “Xərclər çox olur. Toy şənliyinə, tədbirlərə tək getmirəm. Böyük komandam var, onların qonorarları, xərcləri yetərincədir. Amma mən xalqın sənətçisiyəm. Uyğun bir qiymətə anlaşa bilirik.
Oğlum toya getməyimi istəmir. Deyir evdə otur. Amma zəmanə bunun əksini göstərir. Gərək işləyəsən. Maddi ehtiyacımızı qarşılamaq üçün gərək toylara gedək”.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

