Erkin Qədirli naziri tənqid etdi, həmkarından irad gəldi

“Mən komitə iclasında bu layihənin əleyhinə səs vermişəm və burada da əleyhinə səs verəcəyəm.”

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin bugünki plenar iclasında çıxış edən deputat Erkin Qədirli  deyib. O, qeyd edib ki, yığılan cərimələrin müəyyən faizinin müvafiq qurumun büdcəsinə yönəldilməsi ilə razı deyil:

“Elə bunun nəticəsidir ki, maliyyə naziri Samir Şərifov nə özünə, nə vəzifəsinə yaraşmayan bir çıxış etdi”, – deyə deputat əlavə edib.

Daha sonra deputat Aydın Hüseynov söz alaraq həmkarının fikirlərinə etirazını bildirib: “Burada bir yeniliyin şahidi oluruq. Həmkarımız hər dəfə söz alanda deyir ki, mən bu qanun layihəsinin əleyhinə səs vermişəm, burda da əleyhinə səs verəcəyəm. Bunu hər dəfə təkrar etməyə ehtiyac yoxdur. Sədr səsvermə elan edir və hər kəs münasibətini bildirir. Odur ki, bu yenilik qəbul olunmur.”

Sədr Sahibə Qafarova isə “Bəlkə də komitələrdə yeni seçilən deputatlarla söhbətlər aparmaq lazımdır. Amma yenə də deputatdır və burada öz fikrini bildirir” – deyə, münasibətini ifadə edib.

Siyasət

Nəşr edilib: 2020/06/19 14:49

Baxış: 416


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06