Erməni ekspert: “Paşinyan istənilən ssenariyə meyillidir”
“Ermənistan hakimiyyəti istənilən ssenariyə meyillidir. Bura Paşinyanın Qarabağdan xilas olmaq lazım olduğuna dair gəldiyi qənaətlər də daxildir”
Bakupost.az xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Stepan Danielyan deyib.
“Ancaq həyat göstərir ki, böyük geosiyasi maraqlar olduğu üçün qərar vermək onun səlahiyyətində deyil”, – deyə Danielyan bildirib.
Ekspertin fikrincə, Ermənistan hakimiyyətini bu məsələyə qatmaq vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.
“Ermənistan hakimiyyəti Rus sülməramlılarının Qarabağda qalması və statusun gələcək üçün təxirə salınması fikri ilə razılşaır. Qərbdəki lər də Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verməkdən danışırlar. İranda isə tamamilə əks bəyanatlar verilir”, – ekspert əlavə edib.

