Erməni keşişi : “Qarabağ Azərbaycanındır, Azərbaycan torpaqlarıdır”
“Azərbaycanda məni hər bir şeylə təmin etdilər və buna görə minnətdaram”.
Müsavat.com bildirir ki, bu sözləri Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib. O, qeyd edib ki, Azərbaycan tərəfə əsir düşərkən yaralıb olub:
“Qubdalıda yaralananda məni hospitala aparmaq istəyirdilər. Lakin yolda qəzaya düşdük və mənim sağ ayağım mərmidən yaralandı, bud tərəfdən çıxdı. Məni bura gətirən kimi hospitala apardılar və ayağımı yerinə saldılar. Həmçinin mənə paltar verdilər, yeməklə təmin etdilər. İndi mənim yeməyə qidam, bir sözlə, hər şeyim var. Buna görə minnətdaram”.
Hovsep Saakyan həmçinin Ermənistanın Gəncə və Bərdədə törətdiyi terrorları da pisləyib: “Bu, günahdır. Allah hər kəsin sülhdə yaşamasını, kiminsə öldürülməsini istəmir. Allah istəyir ki, insanlar rahat və sülh içərisində yaşasın”.

