Erməni yazıçı Ermənistanı Qarabağdan çəkilməyə çağırdı – Video
Erməni Yazıçılar Birliyinin üzvü Vaaqn Karapetyan Ermənistanda baş verən son proseslərlə bağlı erməni xalqına videomüraciət ünvanlayıb.
Minval.info xəbər verir ki, V.Karapetyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını istəyib.
“Buna çox şad olardım. Çünki Dağlıq Qarabağ Ermənistanın bədənində xərçəngli bir şişdir. Bu şişdən nə qədər tez qurtulsalar o qədər çox yaşamaq müddətləri uzanacaq” – o bildirib.
Yazıçının deyib ki, Qarabağda ermənilər boş yerə ölürlər.
Bundan əlavə o bildirib ki, Ermənistanda sosial-iqtisadi vəziyyət ağırlaşmaqda davam edir. İnsanlar imkan tapan kimi ölkəni tərk edirlər.
XƏBƏR LENTİ
2025/11/19 14:22


